09:33 - 6.03.2026
6 mart, Fineko/abc.az. Ötən gün müşahidə olunan artımdan sonra cümə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti aşağı düşür.
Saat 09:30-a olan məlumata görə, ICE Futures birjasında Brent neftinin may fyuçersinin qiyməti $0,86 (1,01%) azalaraq bir barel üçün $84,55 təşkil edib. 5 mart ticarət əməliyyatlarının yekununda Brent-in may fyuçersi $4,01 (4,93%) bahalaşaraq bir barel üçün $85,41-a çatmışdı.
Saat 09:30-a olan məlumata görə, NYMEX birjasında WTI neftinin aprel fyuçersinin qiyməti $1,04 (1,28%) azalaraq bir barel üçün $79,97 təşkil edib. 5 mart ticarət əməliyyatlarının yekununda aprel ayı üçün WTI fyuçersi $6,35 (8,51%) bahalaşaraq bir barel üçün $81,01-a yüksəlmişdi.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026