11:24 - 6.03.2026
6 mart, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi Hindistanın neft emalı zavodlarına dəniz tankerlərində olan Rusiya nefti və neft məhsullarını 30 gün ərzində almağa icazə verib.
ABC.AZ xəbər verir ki, sanksiyalardan müvəqqəti azadolma satış, çatdırılma və boşaltma əməliyyatlarının, hətta əvvəllər məhdudiyyətlərə məruz qalan gəmilərlə də həyata keçirilməsinə imkan yaradır.
Bundan əvvəl ABŞ administrasiyasının “Rosneft”in Almaniyadakı bölməsinə qarşı sanksiyaların müddətsiz ləğvini də nəzərdən keçirdiyi bildirilmişdi.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasından imtina etməyə razılaşdığını bildirmişdi. Bundan sonra Hindistanın ən iri neft emalı şirkətləri müvəqqəti olaraq tədarükləri BƏƏ və Qərbi Afrika ölkələrinə yönəltmişdilər.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026