11:47 - 6.03.2026
6 mart, Fineko/abc.az. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Asiyadakı alıcılar üçün əsas Arab Light neft markasının aprel qiymətini barrel başına 2,50 dollar artırıb. Bu, 2022-ci ilin avqustundan bəri ən çox artımdır.
ABC.AZ xəbər verir ki, qərar Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və neft tədarükü üçün vacib marşrut olan Hörmüz boğazının faktiki bağlanması ilə əlaqədardır.
Şirkət həmçinin Avropa və Aralıq dənizi ölkələri üçün qiymətləri 3,50 dollar, Şimali Amerika üçün isə 2,50 dollar artırıb. Boğazdan gəmi hərəkətinin dayanması səbəbindən Səudiyyə Ərəbistanı neft ixracını Qırmızı dənizə çıxışı olan Yanbu limanı vasitəsilə, gündəlik 5 milyon barrel ötürmə gücünə malik boru kəməri ilə yönləndirir.
Logistika problemləri fonunda regiondakı neft emalı zavodları da ixrac imkanlarının məhdudlaşmasına görə istehsalı azaltmağa başlayıb.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
17 Aprel 2026