15:44 - 6.03.2026
6 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyon manat çoxdur.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib.
2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.
2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026