Neft bahalaşır, Brent markalı neftin qiyməti 89 dollardan yuxarı qalxıb

15:59 - 6.03.2026


6 mart, Fineko/abc.az. Etalon markalarının qiymətləri cümə günü hərracda yüksəlir. Brent markalı neftin qiyməti 2024-cü ilin iyulundan bəri ən yüksək həddə çatıb.

ABC.AZ xəbər verir ki, ICE Futures birjasında saat 15:58-ə olan məlumata görə, Brent neftinin may fyuçerslərinin qiyməti 3,91 dollar (4,58%) artaraq bir barel üçün 89,32 dollara yüksəldi. Qeyd olunan vaxta WTI neftinin aprel fyuçerslərinin qiyməti 6,20 (5,02%) artaraq bir barel üçün 86,03 dollara çatıb.