16:42 - 6.03.2026
6 mart, Fineko/abc.az. WhatsApp komandası ödənişli WhatsApp Plus planını hazırlayır. Abunəçilər 14 yeni ikon, fərdi rənglər və mövzular, sabitləşdirilmiş çatların limitinin 3-dən 20-yə yüksəldilməsi, eksklüziv zəng tonları və stikerlər əldə edəcəklər.
ABC.AZ xəbər verir ki, ödənişli abunəlik pulsuz versiyaya təsir göstərməyəcək. Belə ki, mesajlar, zənglər, media paylaşımı və məxfilik alətləri istifadəçilər üçün pulsuz qalacaq.
Android Police-in məlumatına görə, Meta təcrübəli istifadəçiləri cəlb edə biləcək və geniş auditoriya üçün maraqlı olacaq monetizasiya modelinə geri dönür.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026