12:10 - 15.11.2017
15 noyabr, Fineko/abc.az. Bu gün Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu”nun iclası keçirilir.
“Qazaxstan Dəmir Yolları”nın prezidenti Kanat Alpısbayev bildirdi ki, iclas gündəliyinə bir sıra prioritet məsələlər daxildir.
“Xüsusilə, Bakı-Tbilisi-Qars layihəsi üzrə yük daşımaları tariflərinin uyğunlaşdırılması və təsdiq edilməsi gündəmdədir. Həmçinin Azərbaycana, Gürcüstana və Türkiyəyə Qazaxstandan taxıl tədarükünün aktivləşdirilməsi, müntəzəm olaraq konteyner daşımalarının təmin edilməsi, marşrut üzrə fasiləsiz daşımaların artmasının təminatı üçün bürokratik baryerlərin tam ləğvi məsələləri müzakirə ediləcək. Bunun üçün dəqiq təlimatlar işlənib hazırlanmalıdır”, - K. Alpısbayev belə deyib.
19 May 2025
19 May 2025
19 May 2025