17:33 - 6.03.2026
6 mart, Fineko/abc.az. “Azərenerji” 110 kV-luq elektrik xəttinin yenilənməsi üçün 6,6 milyon manatlıq müqavilə bağladı.
ABC.AZ xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından (YS) çıxan elektrik verilişi xətlərinin yenilənməsi ilə bağlı satınalma həyata keçirib. Satınalmanın qalibi “AzConstruction” Qapalı Səhmdar Cəmiyyəti olub.
Müqaviləyə əsasən, 110 kV-luq “Naxçıvan Şəhər” YS-dan çıxan 110 kV-luq elektrik verilişi xəttinin (EVX) kabel xətləri ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Layihə çərçivəsində mövcud hava xəttinin kabel xətti ilə əvəz olunması nəzərdə tutulur.
Satınalma müqaviləsinin dəyəri 6 milyon 664 min manat təşkil edir.
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026