Venesuela neftinin təxminən 1 milyon bareli Çinə göndərilir

10:50 - 10.03.2026


10 mart, Fineko/abc.az. Venesuelanın təxminən bir milyon barel nefti Çinə göndərilməyə hazırlanır və bu tədarük ABŞ-ın bu ölkədə keçirdiyi əməliyyatdan sonra ilk belə göndəriş ola bilər.

ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, sifarişi North American Blue Energy Partners şirkəti yerinə yetirir. Hazırda Venesuelanın Merey markalı 950 min barel neftinin Skage tankerinə yüklənməsi həyata keçirilir. Gözlənilir ki, tanker nefti Çinin Çindao limanına çatdıracaq.

Yanvarda ABŞ administrasiyasındakı mənbə Reuters agentliyinə bildirib ki, ABŞ Venesuela neftinin Çinə “ədalətli bazar qiymətləri” ilə tədarükünü təmin etməyə hazırdır.