Yanvarda Bakıda ictimai iaşə dövriyyəsi 117,7 milyon manat təşkil edib

11:14 - 10.03.2026


10 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 117,7 milyon manat olub.

ABC.AZ Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə real ifadədə 10 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub. Bu, ümumi dövriyyənin 77,9 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % artaraq 219,2 milyon manat olub.