SEPAH: Bölgədən ABŞ-a bir litr belə neftin ixracına yol verməyəcəyik

11:43 - 10.03.2026


10 mart, Fineko/abc.az. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran ordusunun elit bölmələri) davam edən münaqişə fonunda bölgədən Amerika Birləşmiş Ştatlarına və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə neft çıxarılmasına imkan verməyəcəyini bəyan edir.

ABC.AZ xəbər verir ki, bu barədə korpusun rəsmi nümayəndəsi general Əli Məhəmməd Naeni bildirib.

"ABŞ-ın İrana qarşı hazırkı təcavüzü şəraitində İslam Respublikasının silahlı qüvvələri növbəti bildirişə qədər bölgədən düşmən tərəfə və onun tərəfdaşlarına bir litr belə neftin ixracına izn verməyəcək", — deyə "Tasnim" agentliyi Naeninin sözlərini sitat gətirib. Generalın iddiasına görə, İran "neft resurslarını və bölgənin təhlükəsizliyini qorumağa hazırdır".