Apple Hindistanda iPhone istehsalını kəskin artırıb

12:12 - 10.03.2026


10 mart, Fineko/abc.az. Apple şirkəti 2025-ci ildə Hindistanda iPhone istehsalını təxminən 53% artırıb. Artıq şirkətin smartfonlarının təxminən dörddə biri bu ölkədə istehsal olunur.

ABC.AZ xəbər verir ki, 2025-ci ildə Hindistanda təxminən 55 milyon iPhone istehsal edilib, halbuki bir il əvvəl bu göstərici 36 milyon idi. Apple-ın dünya üzrə illik iPhone istehsalı 220–230 milyon cihaz təşkil edir.

İstehsalın Hindistanda artması Çindən tədarükdə ABŞ rüsumları səbəbindən yaranan çətinliklərlə bağlıdır. Bu vəziyyət şirkəti ABŞ bazarı üçün nəzərdə tutulan istehsalın bir hissəsini digər ölkələrə köçürməyə məcbur edib.