ABŞ İrana qarşı əməliyyatın əvvəlində sursatlara $5,6 mlrd xərcləyib

14:16 - 10.03.2026


10 mart, Fineko/abc.az. ABŞ hərbçiləri İrana qarşı əməliyyatın ilkin mərhələsində sursatlara təxminən 5,6 milyard dollar xərcləyib. Bu barədə The Washington Post mənbələrə istinadən məlumat yayıb.

ABC.AZ xəbər verir ki, nəşrin məlumatına görə, yüksək dəqiqlikli silahların sürətlə istifadə olunması bəzi ABŞ Konqresi üzvlərində narahatlıq yaradıb, çünki bu cür silahların ehtiyatları məhduddur. Əməliyyatların davam etdirilməsi üçün hərbçilər resursları digər regionlardan, o cümlədən Asiya-Sakit okean bölgəsindən yönləndirməli olurlar.