17:00 - 10.03.2026
10 mart, Fineko/abc.az. BioNTech SE şirkətinin təsisçiləri Uğur Şahin və Özlem Türeci ilin sonunadək şirkətdən ayrılaraq matris RNT (mRNT) texnologiyası üzrə ixtisaslaşan yeni biotexnologiya şirkəti yaratmağı planlaşdırırlar. Bu texnologiya Covid-19 peyvəndinin əsasını təşkil edir.
ABC.AZ xəbər verir ki, BioNTech layihəni maliyyələşdirəcək və bunun müqabilində mRNT texnologiyası üzrə bəzi hüquqları və texnoloji imkanları yeni şirkətə ötürərək minoritar payı və gələcək royalti ödənişləri əldə edəcək.
Təsisçilərin ayrılması xəbəri açıqlanandan sonra şirkətin depozitar qəbzləri 15% ucuzlaşıb. Yeni şirkət Şahin və Türecinin Ganymed Pharmaceuticals (2001) və BioNTech-dən (2008) sonra üçüncü biotexnologiya layihəsi olacaq.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026