10:17 - 11.03.2026
11 mart, Fineko/abc.az. 2026-cı ilin yanvar–fevral aylarında istehlak bazarına nəzarət tədbirləri çərçivəsində “Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərtib edib.
Məlumata görə, yoxlama zamanı supermarketdə qida məhsulunun üzərində göstərilən qiymətdən daha baha qiymətə satıldığı müəyyən olunub.
Bu səbəbdən müəssisə barəsində 22 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.
Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026