10:29 - 11.03.2026
11 mart, Fineko/abc.az. ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026 və 2027-ci illər üzrə gündəlik neft hasilatı proqnozlarını dəyişməz saxlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə qurumun mart ayında açıqlanan “Qısamüddətli Enerji Perspektivi” hesabatında məlumat verilib.
Hesabata görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatının 540 min barel səviyyəsində olacağı gözlənilir. Bu göstərici fevral ayında açıqlanan proqnozla müqayisədə dəyişməyib. Proqnoza əsasən, ilin birinci rübündə hasilatın gündəlik 550 min barel, ikinci rübdə isə 540 min barel olacağı ehtimal edilir. Üçüncü və dördüncü rüblərdə isə gündəlik hasilatın 530 min barel səviyyəsinə enəcəyi gözlənilir.
EIA-nın qiymətləndirməsinə əsasən, 2027-ci ildə də Azərbaycanda orta gündəlik neft hasilatı 540 min barel təşkil edəcək və bu göstərici də əvvəlki proqnozla eyni qalır. Rüblər üzrə gözləntilərə görə, birinci rübdə hasilatın 550 min barel, ikinci rübdə 540 min barel, üçüncü və dördüncü rüblərdə isə 530 min barel olacağı proqnozlaşdırılır.
2025-ci ildə Azərbaycanda neft hasilatı ilin birinci və ikinci rüblərində gündəlik 570 min barel, üçüncü və dördüncü rüblərində isə 560 min barel səviyyəsində olub.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026