10:56 - 11.03.2026
11 mart, Fineko/abc.az. Almaniyanın avtomobil nəhəngi “Volkswagen Group” qənaət proqramı çərçivəsində 2030-cu ilə qədər Almaniyada təxminən 50 min iş yerini ixtisar etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkətin illik hesabatına görə, artıq 2025-ci ildə zavodlarda işçi sayının və istehsal güclərinin azaldılması hesabına xərcləri 1 milyard avro azaltmaq mümkün olub. 2030-cu ilə qədər isə konsern hər il xərcləri 6 milyard avro azaltmağı hədəfləyir.
2025-ci ildə “Volkswagen”in mənfəəti 53,5% azalaraq 9 milyard avroya düşüb, satışlar isə 0,2% geriləyib. Buna Şimali Amerika və Çində tələbatın azalması, eləcə də xərclərin artması təsir göstərib.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026