11:39 - 11.03.2026
11 mart, Fineko/abc.az. "Sumqayıt Tekstil" MMC nizamnamə kapitalını 4,662 milyon manat və yaxud 46,1 % azaldılaraq 10,112 milyon manatdan 5,45 milyon manata endirdiyini elan edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Sumqayıt Tekstil"i 2023-cü ilin avqust ayında özəlləşdirib. Bununla bağlı elan edilmiş investisiya müsabiqəsinin qalibi "Sumqayıt Texnologiyalar Parkı" MMC olub.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026