12:01 - 11.03.2026
11 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında "AzStateNet" şəbəkəsi üzrə 28 milyon 720 min zərərli keçid bloklanıb.
ABC.AZ xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 677 min 700, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 25 min 439 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38 % və 5 % azdır.
2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026