15:19 - 11.03.2026
11 mart, Fineko/abc.az. Azərbaycanda süni intelektin yaratdığı əlavə dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.
"Yaxşı olardı ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi süni intelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən konkret nəticələri qeyd edərdi. Süni intelektdən və yaxud rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur. Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı hissəsinin süni intelekt və yaxud rəqəmsal həllər hesabına əldə edilməsinin də hesablanmasına ehtiyac var. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4,7 milyard ABŞ dolları qiymətləndirilir. 2035-ci ilə qədər bu rəqəmin 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026