Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 0,7% artıb

15:48 - 11.03.2026


11 mart, Fineko/abc.az. Bu il martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7% artaraq 865,4 min təşkil edib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,1% artaraq 59,6 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,5% artımla 236,4 min təşkil edib.