Yaxın Şərqdə müharibə regionun turizm sektoruna gündəlik 600 milyon dollar zərər vurur

15:54 - 11.03.2026


11 mart, Fineko/abc.az. Yaxın Şərqdəki münaqişə turizm gəlirlərini gündəlik 600 milyon dollar itirilməsinə səbəb olur.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Turizm və Səyahət Şurasının məlumatlarında deyilir.

Uçuşların ləğvi, hava məkanının bağlanması və turistlərin artan narahatlığı sektora ciddi zərər vurur.

Münaqişə 28 fevral tarixində ABŞ və İsrailin İrandakı obyektlərə, o cümlədən Tehrana hücumları ilə gərginləşib, nəticədə mülki şəxslər arasında itkilər olub. Cavab olaraq İran İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə zərbələr endirir.