Azot tərkibli gübrələr bazarında ciddi böhran yarana bilər

16:09 - 11.03.2026


11 mart, Fineko/abc.az. Yaxın Şərqdəki münaqişə kimyəvi maddələr sektorunda, o cümlədən azot tərkibli gübrələr bazarında ciddi böhrana səbəb ola bilər.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Belə gübrələr ərzaq istehsalı üçün vacibdir.

Böhran fermerlər üçün ən əlverişsiz vaxtda — yaz səpini ərəfəsində baş verə bilər. Gübrələrin bahalaşması isə gələcəkdə ərzaq məhsullarının qiymətinə təsir göstərəcək. Agentliyin məlumatına görə, fermerlər artıq azot gübrələrinin spot qiymətlərində artım müşahidə ediblər, xüsusilə 2022-ci ildə. Lakin hazırda 2026-cı ildə vəziyyətin daha da ağırlaşa biləcəyinə dair əlamətlər var.

ABŞ və İsrailin İranla münaqişəsi zamanı martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə bildirib ki, İran hərbçiləri Hörmüz boğazına tam nəzarət edir. Bu boğaz vasitəsilə dünya üzrə neft ixracının təxminən 15%-i və mayeləşdirilmiş təbii qazın (LNG) 20%-i daşınır.

Onun sözlərinə görə, hazırda bu akvatoriya vasitəsilə neft, kommersiya və balıqçı gəmilərinin hərəkəti mümkün deyil.