Tehran ABŞ bankları və şirkətlərini yeni hədəflər adlandırıb

16:24 - 11.03.2026


11 mart, Fineko/abc.az. Tehran Yaxın Şərqdə ABŞ və İsraillə əlaqəli “iqtisadi mərkəzlərə” və banklara zərbələr endirə biləcəyini bildirib.

ABC.AZ xəbər verir ki, bu barədə martın 11-də “Xatəm əl-Ənbiya” hərbi komandanlığının mərkəzi qərargahı Al Jazeera telekanalına açıqlamasında bildirib.

Tasnim agentliyi ABŞ şirkətlərinin “İranın yeni hədəfləri” elan olunan siyahısını yayıb. Siyahıya Google, Microsoft, Palantir, IBM, Nvidia və Oracle daxildir. Bu şirkətlərin İsrailin bir sıra şəhərlərində və Fars körfəzi ölkələrində ofisləri və infrastrukturu mövcuddur. Tehran onların texnologiyalarının hərbi məqsədlərlə istifadə edildiyini iddia edir.

Xatırladaq ki, daha əvvəl ABŞ və İsrailin hücumu nəticəsində Tehrandakı bir bank zərər görmüş, hadisə zamanı bir əməkdaşın öldüyü bildirilmişdi.