17:21 - 11.03.2026
11 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 458 min barel səviyyəsində olub.
ABC.AZ xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına görə, cari ilin yanvar ayında da qeyd olunan göstərici 457 min barel səviyyəsində olub.
Məlumata əsasən, ötən ilin birinci, ikinci, üçüncü və dürdüncü rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı müvafiq olaraq 466 min barel, 461 min barel, 459 min barel və 458 min barel təşkil edib.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır. Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan cari ilin fevral ayında"OPEC+" çərçivəsində kvotadan 93 min barel, ümumi 2025-ci ildə isə 90 min barel geri qalıb. ©APA
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026