Azərbaycan nefti bahalaşıb

10:04 - 12.03.2026


12 mart, Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,09 ABŞ dolları və ya 5,63 % artaraq 95,43 ABŞ  dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.