Neft bahalaşır, Brentin qiyməti $100-ı ötüb

10:05 - 12.03.2026


12 mart, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclar zamanı neftin etalon markalarının qiyməti artır.

Saat 09:37-yə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin may fyuçersi $8,45 (9,19%) bahalaşaraq bir barel üçün $100,43 təşkil edib. 11 mart hərraclarının yekununda Brent-in may fyuçersinin qiyməti $4,18 (4,76%) artaraq bir barel üçün $91,98-a çatmışdı.

Saat 09:37-yə olan məlumata görə, NYMEX birjasında WTI neftinin aprel fyuçersi $7,18 (8,23%) bahalaşaraq bir barel üçün $94,43 olub. 11 mart hərraclarının yekununda WTI-nin aprel fyuçersinin dəyəri $3,80 (4,55%) artaraq $87,25 təşkil etmişdi.