Yanvarda BTC kəməri ilə gündəlik neft ixracı 7 faiz azalıb

10:50 - 12.03.2026


12 mart, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 523 min barel təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Report məlumatlı mənbələrə istinadən bildirir.

Ötən ilin dekabr ayı ilə müqayisədə BTC ilə neft nəqli 7 % və yaxud gündəlik 39 min barel azalıb.

2025-cü ilin yanvar ayı ilə müqayisədə isə boru kəməri ilə neft nəqli 14 % və ya 86 min barel azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.