11:07 - 12.03.2026
12 mart, Fineko/abc.az. Fransanın TotalEnergies şirkəti Braziliya sahillərindən təxminən 300 km məsafədə yerləşən Santos neft-qaz hövzəsində “Lapa South-West” layihəsini işə salıb.
ABC.AZ xəbər verir ki, “Lapa South-West” yatağının işlənməsi mövcud FPSO (neft və təbii qazın hasilatı, saxlanması və yüklənməsi üçün üzən qurğu) platformasına qoşulmuş 3 quyu vasitəsilə həyata keçiriləcək. Layihə əsas Lapa yatağında hasilatı sutkada 25 min barel artıraraq 60 min barelə çatdırmağa imkan verəcək.
Layihənin dəyəri 1 mlrd ABŞ dolları qiymətləndirilir. Yekun investisiya qərarı 2023-cü ilin yanvarında qəbul edilib. “Lapa South-West” layihəsində istehsalın başlanmasının 2025-ci ildə planlaşdırıldığı bildirilirdi.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026