11:25 - 12.03.2026
12 mart, Fineko/abc.az. ABŞ strateji neft ehtiyatından 172 mln barel neft buraxacaq.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp Energetika Nazirliyinə gələn həftədən etibarən strateji neft ehtiyatından 172 mln barel neftin buraxılmasına icazə verib. Planlaşdırılan boşaltma tempi nəzərə alınmaqla tədarükün təxminən 120 gün davam edəcəyi qeyd olunur.
Çərşənbə günü Donald Tramp bildirmişdir ki, enerji resursunun qiymətlərini azaltmaq üçün strateji ehtiyatdakı neftdən istifadə edəcək.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026