12:13 - 12.03.2026
12 mart, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Ali Məhkəməsinin əvvəlki tarif proqramını zəiflədən qərarından sonra beynəlxalq ticarət sahəsində iki yeni araşdırmaya başlayıb.
ABC.AZ xəbər verir ki, araşdırmalar ABŞ-ın ən iri ticarət tərəfdaşlarında qeyri-ədalətli ticarət praktikalarının və artıq istehsal güclərinin müəyyən edilməsinə yönəlib. ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn sözlərinə görə, Ticarət Aktının 301-ci maddəsi çərçivəsində görülən tədbirlər artıq yay aylarınadək yeni rüsumların tətbiqinə gətirib çıxara bilər.
Potensial məhdudiyyətlər Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya və Meksikaya şamil oluna bilər. Araşdırma həmçinin bir sıra digər dövlətləri də əhatə edəcək. Onların arasında Tayvan, Vyetnam, Tailand, Malayziya, Kamboca, Sinqapur, İndoneziya, Banqladeş, İsveçrə və Norveç var. ABŞ-ın ikinci ən iri ticarət tərəfdaşı olan Kanada isə araşdırma aparılan ölkələrin siyahısına daxil edilməyib.
Paralel olaraq, məcburi əməyin istifadəsi ilə bağlı ayrıca araşdırma da başlanacaq ki, bu da 60-dan çox ölkədən malların idxalına qadağa ilə nəticələnə bilər.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026