16:14 - 12.03.2026
12 mart, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfatdakı 545,1 min arı ailəsindən 4 757 ton bal, 122,9 ton mum, 7,5 ton vərəmum, 14,9 ton güləm və 254 kq arı südü əldə edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun - 17,7 manat, vərəmumun - 135,3 manat, güləmin - 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat olub.
2024-cü illə müqayisədə arı ailələrinin sayı 5,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 %, bal istehsalı 7,9 %, mum istehsalı 6,9 %, vərəmum istehsalı 12,2 %, güləm istehsalı 11,2 % azalıb, arı südü istehsalı isə 6,2 % artıb.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026