Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini illik 37% səviyyəsində saxlayıb

16:38 - 12.03.2026


12 mart, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 37% səviyyəsində saxlayıb. Həmçinin overnayt kredit faizi 40%, overnayt depozit faizi isə 35,5% səviyyəsində qorunub saxlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı press-relizdə bildirilir.

Bundan əvvəl Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini ardıcıl beş dəfə azaltmışdı.

Qərar geosiyasi hadisələr fonunda artan qeyri-müəyyənlik və enerji qiymətlərinin yüksəlməsi ilə izah olunub. Mərkəzi Bank bildirib ki, inflyasiya hədəf göstəricilərə çatana qədər sərt pul-kredit siyasəti davam etdiriləcək. Tənzimləyicinin məqsədi inflyasiyanı 5%-ə qədər azaltmaqdır.