Nağdsız əməliyyatların çəkisi son 3 ildə 9 faiz bəndi artıb

17:32 - 12.03.2026


12 mart, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda əmək haqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54,2 %-i nağdsız formada icra olunub.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, sənədə əsasən, sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 9 faiz bəndi artaraq 20 %-ə bərabər olub.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində artım müşahidə olunur.

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın icrası çərçivəsində ötən il dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla birgə ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının tətbiqinin yüksəldilməsi, habelə əhalinin nağdsız ödəniş vərdişlərinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib və ölkəmiqyaslı layihələr reallaşdırılıb.