Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişir, Brent bir barel üçün $100,57 təşkil edir

09:20 - 13.03.2026


13 mart, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri, ötən gün baş verən artımdan sonra müxtəlif istiqamətlərdə dəyişir.

Saat 09:15-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin may fyuçersi $0,11 (0,11%) bahalaşaraq bir barel üçün $100,57 təşkil edib. 12 mart ticarətinin yekununda Brent-in may fyuçersi $8,18 (9,22%) bahalaşaraq $100,46-a çatmışdı.

Saat 09:15-ə olan məlumata görə, NYMEX birjasında WTI neftinin aprel fyuçersi $0,11 (0,11%) ucuzlaşaraq bir barel üçün $95,62 təşkil edib. 12 mart ticarətinin yekununda WTI-ın aprel fyuçersinin qiyməti $8,48 (9,72%) artaraq $95,73-ə yüksəlmişdi.