10:05 - 13.03.2026
13 mart, Fineko/abc.az. “Məişət Malları” ASC 2025-ci ili 145 478 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2024-cü ili 207 420 manat xalis mənfəəti ilə bağlamışdır ki, bu da illik müqayisədə 43% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilib.
“Məişət Malları” ASC-nin 2024-cü ildə 2 milyon 178 min manat təşkil etmiş əsas əməliyyat gəlirləri, 2025-ci ildə 2 dəfə azalaraq 1 milyon 29 min manata düşüb.
Hesabat dövründə “Məişət Malları” 5 milyon 118 min manat cəmi aktivlərə, 873 157 manat cəmi kapitala, 4 milyon 244 min manat cəmi öhdəliklərə malik olub.
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026