10:43 - 13.03.2026
13 mart, Fineko/abc.az. Bitkoin cümə günü bahalaşaraq son günlərdəki artımını davam etdirib və həftəlik maksimuma yüksəlib. Buna ABŞ-da kriptovalyutaların daha əlverişli tənzimlənməsi ilə bağlı gözləntilər səbəb olub. Bu amil ABŞ və İsrailin İranla müharibəsi ilə bağlı davam edən narahatlıqlara baxmayaraq bazarlara dəstək verib.
ABC.AZ xəbər verir ki, dünyanın ən iri kriptovalyutası həmçinin həftəlik artıma doğru irəliləyir. Bu artıma neft qiymətlərindəki son yüksəlişin müvəqqəti dayanması da müəyyən dəstək göstərib.
Bitkoin Bakı vaxtı ilə saat 10:49-a (05:49 GMT) olan məlumata görə, təxminən 3% bahalaşaraq 71 529,7 dollara çatıb.
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026