Bu avtomobillər kəskin bahalaşıb - VİDEO

11:00 - 13.03.2026


13 mart, Fineko/abc.az. Avtomobil bazarında qiymətlər kəskin bahalaşıb. Bəzi satıcılar bu durğunluğun İran-İsrail gərginliyi səbəbindən ortaya çıxdığını deyirlər.

ABC.AZ xəbər verir ki, bu baxımdan da avtomobillərin qiyməti artıb və alıcı tapmaq da olduqca çətinləşib.

Satıcılar bildirirlər ki, ikinci əl avtomobillərin qiymətində 2000 manatdan çox artım müşahidə edilir.

Maşın bazarındakı satıcılar qeyd edirlər ki, son zamanlar alıcıların sayında kəskin azalma və durğunluq müşahidə edilir.