Rusiyada bank kartlarının sayına limit tətbiq olunacaq

11:07 - 13.03.2026


13 mart, Fineko/abc.az. Rusiyada bir şəxsin istifadə edə biləcəyi bank kartlarının sayına məhdudiyyət iki mərhələdə tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bunu ölkənin Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib. Onun sözlərinə görə, bu ilin sentyabrından etibarən bir nəfər bir bankda maksimum 10 karta sahib ola biləcək.

Bir il sonra vahid ödəniş kartları uçot sistemi işə düşdükdən sonra məhdudiyyət daha da sərtləşdiriləcək: bir şəxs bütün banklar üzrə ümumilikdə maksimum 20 kart istifadə edə biləcək.

Bu yeniliyin əsas məqsədi fırıldaqçılıq və “dropper” sxemləri ilə mübarizə aparmaqdır. Bundan əlavə, Rusiyada yalnız pasportun seriyası məlumatları ilə onlayn kredit rəsmiləşdirilməsinə də qadağa tətbiq edilib.