14:10 - 13.03.2026
13 mart, Fineko/abc.az. Rusiya Yaxın Şərqdəki müharibəyə görə gündəlik 150 mln. dollara qədər əlavə gəlir əldə edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə The Financial Times məlumat yayıb.
Məlumata görə, Hormuz boğazının bağlanmasından sonra Hindistan və Çində Rusiya neftinə tələbat xeyli artıb. Moskva artıq xam neft ixracından 1,3–1,9 mlrd. dollar əlavə vergi gəliri əldə edib. Martın sonuna qədər bu rəqəm 3,3–4,9 mlrd. dollaradək yüksələ bilər.
Əsas faktor Rusiya neftinin Urals markasının qiymətidir. Əgər mart ayında qiymət barel üzrə 70–80 dollar səviyyəsində olsa (yanvar-fevralda 52 dollar), Rusiya gündəlik 150 mln. dollara qədər əlavə gəlir əldə edə biləcək.
Bundan qabaq ABŞ Maliyyə Nazirliyi Hindistana dənizdə ilişmiş Rusiya neftini almasına müvəqqəti icazə verib.
21 Aprel 2026
21 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026