Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 504 mln. manat maliyyə ayrılıb

14:35 - 13.03.2026


13 mart, Fineko/abc.az. 2025-ci ildə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 504 milyon manat maliyyə dəstəyi ayrılıb.

ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təmini, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 milyon manat məbləğində vəsait yönəldilib. © Azərtac