"Bakı Metropoliteni" QSC 1 ildə 167,7 milyon manat gəlir əldə edib

15:17 - 13.03.2026


13 mart, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC ötən il 167,7 milyon manat gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.

Sənədə əsasən, bu, əvvəlki illə müqayisədə 14,9 % çoxdur.

İllik daxilolmalarının 69 %-i sərnişindaşıma fəaliyyətindən əldə edilən gəlirlər, 25 %-i dövlətin ayırdığı subsidiya, 6%-i isə digər daxilolmalar hesabına formalaşıb.

Xatırladaq ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 581milyon manatdır.