TotalEnergies münaqişəyə görə Yaxın Şərqdə hasilatın 15%-ni itirib

16:02 - 13.03.2026


13 mart, Fineko/abc.az. Fransanın TotalEnergies şirkəti ABŞ, İsrail və İran arasında gərginliyin artması fonunda Yaxın Şərqdə bir sıra yataqların bağlanması nəticəsində neft və qaz hasilatının təxminən 15% azaldığını bildirib.

ABC.AZ xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bu itkilər şirkətin hasilatdan əldə etdiyi pul gəlirlərinin təxminən 10%-ni təşkil edir. Bununla yanaşı, TotalEnergies azalmaları dünya neft qiymətlərinin artması və digər regionlarda yeni yataqların işə salınması hesabına kompensasiya etməyi planlaşdırır.