İran Hörmüz boğazından türk gəmisinin keçməsinə icazə verib

16:42 - 13.03.2026


13 mart, Fineko/abc.az. Bölgədə olan 15 türk gəmisindən biri İran limanına istiqamətləndiyi üçün Hörmüz boğazından keçmək üçün İran tərəfindən icazə alıb.

ABC.AZ xəbər verir ki, bunu Abdulkadir Uraloğlu bildirib.

Qalan 14 gəmi türk şirkətlərinə məxsus olsa da, boğaz ətrafında qalmaqda davam edir. Nazirin sözlərinə görə, hazırda boğazın yaxınlığında müxtəlif tipli təxminən 800 gəmi var.

Bundan əlavə, bölgədə Turkish Airlines şirkətinə məxsus iki və Pegasus Airlines şirkətinə məxsus bir təyyarə qalır, lakin onların ekipajları artıq geri qaytarılıb. Aviaşirkətlər reysləri müvəqqəti olaraq Gürcüstan, Azərbaycan və Qazaxıstan üzərindən yönləndirir.