16:51 - 13.03.2026
13 mart, Fineko/abc.az. Azərbaycan və Belçika arasında bərpa olunan enerji və elektrik enerjisinin ixracı üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə Belçikanın keçmiş Baş naziri Yves Letermenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış "W-Kracht" şirkətinin də təmsil olunduğu görüşdə Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və ixracı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynayır. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən 11 elektrik stansiyası layihəsinin icra olunduğu və yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırma aparıldığı diqqətə çatdırılıb.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026