17:10 - 13.03.2026
13 mart, Fineko/abc.az. Ötən il Azərbaycan 7 milyon ABŞ dolları dəyərində 1 min 349 ton zeytun yağı ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 1,5 % az, kəmiyyət olaraq – 51 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 2,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 32 % az) 369,3 ton (-22 %), Türkiyəyə 2,1 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 648 ton (+7 dəfə), İsrailə 1,1 milyon ABŞ dolları dəyərində (+79 %) 286 ton (+3 dəfə), Amerika Birləşmiş Ştatlarına 365 min ABŞ dolları dəyərində (+43 %) 84,6 ton (+2,5 dəfə), Gürcüstana 304 min ABŞ dolları dəyərində (-33 %) 33 ton (-46 %) məhsul satıb.
Azərbaycan iki ilin tamamında Avstraliyaya zeytun yağının tədarükünü (5,3 min ABŞ dolları dəyərində 0,9 ton) bərpa edib.
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
17 Aprel 2026
15 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026