MSC Nigeriyanın infrastrukturuna 1 mlrd. dollardan çox investisiya yatıracaq və Laqosda konteyner terminalı tikəcək

17:13 - 13.03.2026


13 mart, Fineko/abc.az. İsveçrənin Mediterranean Shipping Company şirkəti Nigeriyanın infrastruktur və logistika sektoruna yatırımlar çərçivəsində Snake Island Port limanında müasir konteyner terminalı tikməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, şirkət Nigerdock ilə 45 illik konsessiya sazişi imzalayıb, həmçinin layihələndirmə və tikinti üzrə ITB Nigeria və DEME Group ilə müqavilələr bağlayıb.

Ümumi investisiya həcmi 1 mlrd. dollardan çox olacaq. Layihə çərçivəsində dərin su gəmilərinə xidmət göstərə bilən 910 metr uzunluğunda körpü tikiləcək, terminalın sahəsi isə təxminən 30 hektar olacaq. Yeni obyektin limanın səmərəliliyini artıracağı və Nigeriyanın regionda mühüm nəqliyyat qovşağı kimi rolunu gücləndirəcəyi gözlənilir.