17:30 - 13.03.2026
13 mart, Fineko/abc.az. AZCON Holding-ə daxil olan ASCO şirkətinə məxsus mühəndis-geooloji gəmisi “Məmməd Süleymanov” Azərbaycan sektorunda yerləşən “Qoşadaş” ərazisində dəniz dibinin tədqiqatlarında iştirak edir.
ABC.AZ xəbər verir ki, işlərə başlamazdan əvvəl gəmi layihənin icrasına hazırlıq çərçivəsində Qaradağ limanında zəruri avadanlıqlarla təmin edilib.
“Məmməd Süleymanov” gəmisi dəniz dibində mühəndis-geooloji tədqiqatların aparılması və stasionar dəniz hidrotexniki qurğuların tikintisi ilə yanaşı, kontinent şelfində üzən qazma qurğularının yerləşdirilməsi üçün mühəndis-geooloji planın hazırlanması məqsədilə istifadə olunur.
Gəmi vasitəsilə 300 metrədək dərinlikdə seysmoakustik üsullardan və torpaq nümunələrinin götürülməsindən istifadə etməklə çöküntü təbəqəsinin üst qatının geoloji quruluşu öyrənilir.
9 Aprel 2026