18:31 - 13.03.2026
13 mart, Fineko/abc.az. Martın 13-də tamamilə yeni Volkswagen ID.Unyx 08 2026 krossoveri ictimaiyyətə təqdim olunub.
ABC.AZ xəbər verir ki, yeniliyin diqqətçəkən xüsusiyyətlərindən biri 800V texnologiyasından istifadə etməsidir.
Avtomobilin ilkin satışlarına isə artıq mart ayında start veriləcək. Xarici görünüşünə gəldikdə, model həqiqətən yadda qalan dizayna malikdir.
Xüsusi şəkildə yuxarı qalxan dar və uzunsov gündüz işıqları mərkəzdə yerləşən Volkswagen loqosu ilə birlikdə avtomobilə özünəməxsus görünüş qazandırır.
9 Aprel 2026