19:04 - 13.03.2026
13 mart, Fineko/abc.az. Almaniyanın Deutscher Raiffeisenverband assosiasiyası 2026-cı ildə ölkədə taxıl yığımının 43,7 mln ton olacağını proqnozlaşdırır ki, bu da ötən ilin 45,3 mln ton göstəricisindən aşağıdır.
ABC.AZ xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, raps məhsulu 4,1 mln tonu keçə bilər.
Lakin mövsümün nəticələrinə hava şəraiti, həmçinin İsrail, ABŞ və İran arasında münaqişə fonunda enerji və gübrə xərclərinin artması təsir göstərə bilər. Hazırda gübrə xərcləri fermerlərin əməliyyat xərclərinin təxminən 20%-ni təşkil edir.
9 Aprel 2026